Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalılar Zəfər Günü ilə əlaqədar avtoyürüş təşkil etdilər

0

  •                  Zəfər Gününün ildönümü ilə əlaqədar olaraq
    rayonumuzda keçirilən silsilə Tədbirlər Planına uyğun olaraq xocalıların
    kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində
    avtoyürüş təşkil edildi. Avtoyürüş rayon icra hakimiyyəti qarşısından başayaraq
    qəsəbənin girəcəyində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidə-bulağın
    qarşısında dayandı.

             Abidə-bulağın
    qarşısında toplanan tədbir iştirakçıları əvvəlcə şəhidlərimizin ruhunu bir dəqiqəlik
    sükutla yad etdilər.

             Xocalı
    rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva çıxış edərək Şanlı Zəfər
    salnaməmizi yazan şəhidlərimizə Allahdan rəhmət dilədi, qazilərimizə, döyüşçülərimizə
    cansağlığı arzuladı. Xalqımızın Ordumuza, Cənab Prezidentimizə dəstəyi nəticəsində
    bu qələbəni əldə etdiyimizi dedi. Ali Baş Komandan İlham Əliyevin diplomatikvə hərbi sahədə göstərdiyi şücaətə, mətinliyə görə 30 ilə yaxın
    düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etdiyimizi vurğuladı. Bildirdi ki, nəyi, nə zaman etdiyini bilən ölkə başçımız sübut etdi ki, Ümummilli
    lider, dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısıdır. Prezident İlham
    Əliyev qələbəmizin təmin olunması üçün zəmin hazırlayırdı. Beynəlxalq təşkilatlar
    erməni işğalına göz yumaraq münaqişənin dondurulmasına çalışırdı. Hər zaman
    müharibə yolu ilə torpaqlarımızın işğaldan azad olunmasına qadir olan dövlətimiz
    münaqişənin hüquq müstəvisi çərçivəsində həll olunmasını istəyirdi. Bu
    haqsızlığa dözməyən xalqımız həmrəy olaraq 44 günlük Vətən Müharibəsində torpaqlarımızı
    işğaldan azad etdi.

            Daha sonra tədbirdə çıxış edən Vətən Müharibəsi
    iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar
    Quliyev, Xocalı RTŞ-nin müdiri Şakir Əliyev, Xocalı rayon 5 nöməli tam orta məktəbin
    direktoru Mətanət Camalova və şəhid ailələri Ali Baş Komandanımızın həyata
    keçirdiyi qətiyyətli siyasətdən, Ordumuzun gücündən və xalqımızın həmrəyliyindən
    söz açdılar. Çıxışlarda qeyd edildi ki, biz düşmən üzərində qələbə çalmaqla
    Şanlı Zəfər tariximizin qürurunu yaşayırıq. Qəhrəman oğullarımız
    torpaqlarımızın azadlığı uğrunda qorxmdana irəli atıldılar. Azərbaycanın gücü, qüdrəti
    bütün dünyanı heyrətə gətirdi.  

             Çıxışlardan
    sonra əks istiqamətdə davam edən avtoyürüş qəsəbənin mərkəzində yekunlaşdı.

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib55 dəfə
    Xocalılar Zəfər Günü ilə əlaqədar avtoyürüş təşkil etdilər

    Maraqlı gələ bilər
    4
    59